Ərəb dünyasında tanınmış din alimi Yusif əl-Qərdavi vəfat edib

 “Dünya Müsəlmanları Alimləri Birliyinin” sabiq sədri misirli Yusif əl-Qərdavi vəfat edib.

Operativ.tv SalamNews-a istinadən bu barədə xəbər verir.

Bildirilib ki, Qətərin sığınacaq verdiyi misirli din alimi Şeyx Yusif əl-Qərdavi bu gün Dohada 96 yaşında vəfat edib.

Yusif əl-Qərdavi “Dünya Müsəlmanları Alimləri Birliyinin” sabiq sədri idi. O, Misirdə “İxvan əl-Müslimin” tərəfdarlarının həbs və təqibidnən sonra Qətərə getmiş, fəaliyyətini buradan davam etdirirdi. 2017-ci ildə ərəb dövlətlərinin Qətərə qarşı sanksiyalara başlamasının səbəblərindən biri də rəsmi Dohanın əl-Qərdavi və sair islamçılara sığınacaq verməsi idi.