Rəisi: "Sanksiyalar aradan qaldırılarsa, istənilən razılaşma mümkündür"

İran İslam Respublikası prezidenti: "Əgər tərəflər İran xalqına qarşı sanksiyaları ləğv etməyə hazır olsalar, hər cür razılaşma üçün fürsət var".
 

ABNA24 xəbər verir: Seyid İbrahim Rəisi çərşənbə axşamı gecə canlı televiziya müraciətində deyib: "Səfərin və ölkələrin rəsmiləri ilə görüşlərin məhsulu ölkənin maraqlarının təmin edilməsi və bütün sahələrdə inkişafı olmalıdır, nailiyyətsiz təbəssümün insanlara heç bir xeyri olmayacaq. Hazırkı danışıqlarda qarşı tərəflər İran xalqına qarşı zalımcasına qoyduqları sanksiyaları ləğv etməyə hazır olduqları təqdirdə, istənilən razılaşma üçün zəmin hazırdır", - deyə o əlavə edib.

İran prezidenti Vyana danışıqlarının nevə davam edəcəyi və ABŞ-ın birbaşa danışıqlara dair tələbinin ciddi çəkildə irəli sürüləcəyi təqdirdə İranın mövqeyinin nə olacağı barədə suala isə belə cavab verib: "Bu tələb yeni deyil, bu tələb çoxdan edilir, amma indiyə qədər amerikalılarla heç bir danışıqlar aparılmayıb, amerikalılar birbaşa danışıqlardan əvvəl İran xalqına qarşı sanksiyaları aradan qaldırmalıdırlar". 

Rəisi, onun administrasiyasının əsasını bütün dünya ilə qarşılıqlı əlaqə təşkil etdiyini bildirərək, əlavə edib: "Bizimlə əlaqə qurmaq istəyən bütün dünya ölkələri ilə qarşılıqlı əlaqədə olacağıq, lakin ölkələrdən kim bizə qarşı çıxmaq istəyirsə, təbii ki, biz də onlara müqavimət göstərəcəyik".

İran prezidenti İbrahim Rəisi onun hökuməti ölkənin beynəlxalq siyasətində balans yaratmağa çalışdığını və 15 qonşu ölkə ilə böyük ticarət və iqtisadi potensial yaratmaq istəyinə diqqət çəkib. 

Rəisi söhbətinin digər bir hissəsində Moskvaya son səfərinə toxunaraq, deyib: "Maliyyə və pul məsələlərində Rusiya ilə ortaq mövqeyə malikik. Dolların dominantlığına son qoyulmalı və ticarət mübadilələrində milli valyutadan istifadə edilməlidir". 

Seyid İbrahim Rəisi Moskvaya səfəri zamanı bütün layihə və qərarları İran xalqının mənafeyinə uyğun və iqtisadi inkişaf və qonşuluq siyasətinin təşviqi istiqamətində dəyərləndirib.