“Rosneft”: Almaniyada yanacaq bahalaşa bilər

Əgər Almaniya Rusiya neftindən imtina edib onu Amerika nefti ilə əvəz etmək qərarına gəlsə, bu, qiymətin kəskin artması ilə yekunlaşacaq.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə “Rosneft” məlumat yayıb.

Bununla yanaşı, Rusiya şirkəti Almaniyada yanacaq qıtlığını proqnozlaşdırıb.

“Şvedtdəki neft emalı zavodu Berlin-Brandenburq bölgəsində benzin, parafin, dizel və soba mazutu tələbatının 90 faizindən çoxunu təmin edir. Neft məhsullarının qiyməti və çatışmazlığı Almaniyanın istehlak bazarı üçün ciddi təhlükədir", - deyə şirkətin açıqlamasında bildirilir.

“Rosneft”in hesablamalarına görə, Almaniya Rusiyanın Urals markalı neftinin tədarükünü alternativ yanacaqla əvəz etmək üçün təxminən 20 milyon dollar xərcləyəcək. Buna səbə Amerika neftinin Rusiya neftindən baha olması və onun Avropaya daşınmasının da baha başa gəlmədir.