Rusiya sülhməramlısının idarə etdiyi maşın Xankəndi-Əsgəran yolunda VAZ-2107 ilə toqquşub, dörd nəfər ölüb

Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, qəza bu gün səhər Xankəndi-Əsgəran yolunda baş verib.

Rusiyalı hərbçi, 1992-ci il təvəllüdlü İ. Y.-nın idarə etdiyi “HAVAL” markalı avtomobillə 1996-cı il təvəllüdlü yerli sakin Saruşen E.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü ağır xəsarət alıb, maşında olan dörd qadın isə yerindəcə ölüb.