Seyid Muhəmməd Səid Təbatəbai Həkim

Şiə təqlid müctəhidlərindən biri olan Seyid Muhəmməd Səid Təbatəbai Həkim təqlid müctəhidi Seyid Möhsün Həkimin nəvəsidir. Muhəmməd Səid Həkim hövzədə təhsilə uşaq yaşlarından başlamış və o, Möhsün Həkim, Hüseyin Hilli və Əbül Qasim Xoyinin tələbəsi olmuşdur. Səid Həki gənc yaşlarından fiqh və üsul  kimi ixtisaslaşmış dərslər, əxlaq və təfsir kimi digər sahələri tədris etmişdir. O, fiqh, üsul, teologiya və sosial məsələlər kimi mövzularda əsərlər yazmışdır. Səddam Hüseyn dövründə səkkiz il həbs həyatı yaşayan Muhəmməd Səid Həkim Seyid Əbül Qasim Xoyinin ölümündən sonra təqlid müctəhidi vəzifəsini üzərinə götürür. Ofisləri Nəcəf, Qum, Şam və Beyrut kimi şəhərlərdə yerləşir.
Seyid Muhəmməd Səid Təbatəbai Həkim 1935-ci ildə İraqın Nəcəf şəhərində anadan olur. Atası Seyid Muhəmməd Əli Nəcəfdəki hövzələrdə yüksək səviyyəli müəllim, anası isə Seyid Möhsün Həkimin qızı təqvalı bir xanım idi. Muhəmməd Səid Həkim on yaşında atası ilə hövzə dərslərinə başlayır və hövzədə səthi dərslərin sonuna qədər hövzə ilə paralel atasından da bəhrələnir. Səthi dərslərdən sonra o, Seyid Möhsün Həkim və Hüseyin Hilli kimi alimlərdən xarici dərslər almağa başlayır. Təhsildə xüsusi uğur qazanan Seyid Həkim müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Heç şübhəsiz bunun nəticəsi olaraq Seyid Möhsün Həkim özünün “Mustəmsəkul-Urvətul-Vusqa” kitabının tərtibat və araşdırılmasını ona əmanət edir. Muhəmməd Səid Həkim 32 yaşından bəri fiqh və üsuldan xaric dərsləri tədris edir. Bununla paralel o,  Quran təfsiri və əxlaq dərslərini də öyrədir.
Seyid Möhsün Həkim, Hüseyin Hilli, Mirzə Həsən Bəcnurdi, Seyid Əbül Qasim Xoyi və Muhəmməd Hüseyn Qərəvi İsfahani Muhəmməd Səid Həkimin fiqh və üsul sahəsində ən əhəmiyyətli ustadlarından olub. Öz təhilindən sonra tədrisdəki uğurları bu gün Qum, Nəcəf və Hicazda çalışan bir çox dəyərli tələbələrinin yetişdirməsinə səbəb olmuşdur ki, bunların sırasında:
 Hicazda fiqh və üsulda xaric dərsləri tədris edən Hüseyin Fərəc İmran Qətif; Muhəmməd Səid Həkimin qardaşı və Nəcəfdəki fiqh və üsul alimlərindən olan Seyid Əbdül Rəzzaq Həkim  (O, 1994-cü ildə Səddam həbsxanasından çıxdıqdan sonra vəfat edir); Nəcəf hövzəsinin fiqh və üsulda xaric dərsləri tədris, Qum və Nəcəfdəki hövzənin bəzi dərsliklərinin müəllifi olan Baqir İrvaninin adını qeyd etmək olar.
Seyid Muhəmməd Səid Həkim qırxdan çox cilddə üsul, fiqh, müəyyən məsələlər və bəzi sosial mövzularda 24 kitab nəşr etmişdir. Onun əsərlərinin bəziləri başqa dillərə tərcümə edilmişdir. Bunlardan:
 6 cilddə çap olunan üsuli-fiqh elmi sahəsində “Əl-Muhkəm Fi Usul əl-Fiqh” kitabı
Seyid Möhsün Həkimin “Minhacus-Salehin” kitabı “Misbahul-Minhac”  fiqhi kitabının təfsiri olan 19 cilddə ən əhəmiyyətli əsərlərindən biridir. 
Muhəmməd Səid Həkim Səddam Hüseynin İraqda hakimiyyəti dövründə İmam Hüseyn (ə) ziyarətçilərinin qadağasının sonradan Ərbəin yürüşünə qoyulan qadağaya qədər uzanan məhdudiyyətinə kəskin etiraz edir. Səddamın qadağasının İslam dininə qarşı addım adlandıran Həkim Səddamı ən sərt tənqid edənlərdən olur. Bundan narahat olan Səddam Hüseyn Ayətullah Həkimin həbsinə qərar verir. Əlbəttə Səddam Hüseynin bu addımı təkcə Səid Həkim ilə yekunlaşmır. Ayətullah Həkimlə bərabər Səddam Hüseyin Həkim ailəsinin daha 80 üzvünü həbs edir. Bu nifrətə bir az da İranda sığınacaq alaraq Sədddam Hüseynə qarşı mübarizə aparan Həkimilər aliəsinin müctəhid üzvü Muhəmməd Baqir Həkimə qarşı nifrət də səbəb idi. Muhəmməd Səid Həkimin həbs dövrü səkkiz il sürür. 
Seyid Əbül Qasim Xoyinin ölümündən sonra Muhəmməd Səid Həkim təqlid müctəhidliyi vəzifəsini öz üzərinə götürərək İslam dünyasının təqlid müctəhidlərindən birinə çevrilir. Hal-hazırda onun ofisləri Nəcəf, Qum, Şam və Beyrutda şiələrin suallarını cavablandıraraq fəaliyyət göstərir. İraqın müxtəlif bölgələrinə, xüsusi ilə ölkənin cənubuna təbliğatçılar göndərərək o, köçərilərin və kəndlilərin problemlərini həll etmək üçün addımlar atır. Eyni halda Həkim İran, Hindistan və Pakistanda da oxşar fəaliyyətlər göstərir. 
Muhəmməd Səid Həkim Pakistanda yerli qruplaşmalar tərəfindən dini məzmunda pakistanlı şiələrin öldürülməsinə qarşı etirazını bildirir. O Pakistan hökumətini sərt tənqid edərək hökumət rəsmilərini yazdığı məktubla qınayır. Buna cavab olaraq Pakistanın Baş Naziri Nəvaz Şərif onun ofisinə  məktub cavablayaraq Ayətullah Həkimə simpatiyasını bildirib hökumətinin şiə qətliamını törədənlərlə mübarizə qərarını elan edir. 
Ayətullah Həkimin fərqli fətvaları bu gün də öz aktuallığı ilə diqqət çəkir. Bunlar sırasında üfüq boyunca görünən ayın üfüq istiqamtində olan bütün dövlətlər üçün sabit olmasını misal göstərmək olar. 
Qeyd edək ki, dünən İslam dünyasının fəxri olan Seyid Muhəmməd Səid Təbatəbai Həkim 87-yaşında haqqın dərgahına qovuşub.