“Silsilətuz-zəhəb” (Qızıl zəncirlər) hədisində və onun belə adlanmasında olan şərtlər nədən ibarətdir?

Bağışlayan və Mehriban Allahın adı ilə

“Silsilətuz-zəhəb” (Qızıl zəncirlər) hədisində və onun belə adlanmasında olan şərtlər nədən ibarətdir?

Cavab:

“Silsilətuz-zəhəb” termini şiələrlə əhli-sünnə arasında fərqlidir.

Əhli-sünnənin nəzəri

Malikin Nafedən, o da İbn Ömərdən, o da Peyğəmbərdən (s) nəql etdikləri hər bir hədis “silsilətuz-zəhəb” adlanır. İbn Həcər bu rəvayətləri elə bu adla bir kitabda toplamışdır:

" رسالة فيها سبعة وأربعون حديثا رواها الإمام الشافعي ، عن الإمام مالك ، عن نافع ، عن ابن عمر ، عن النبي صلى الله عليه وسلم ، وتسمى : " سلسلة الذهب " نفعنا الله تعالى ببركتهم .

 

Bu bir risalədir. İçində 47 hədis var. Bu hədisləri İmam Şafei İmam Malikdən, o da Nafedən, o da İbn Ömərdən, o da Peyğəmbərdən (s) nəql etmişlər. Bu rəvayətlər “Sisilətuz-zəhəb” adlanır. Allah bizi Onların (ə) bərəkətilə faydalandırsın.[1]

Şiələrin nəzəri

“Silsilətuz-zəhəb” hədisi İmam Rzadan (ə) nəql olunmuş rəvayətdir. Belə ki, 20000 (iyirmi min) - dən çox adam bu hədisi o Həzrətdən (ə), o da möhtərəm atalarından (ə), onlar da Peyğəmbərdən (s), o da Cəbrayıldan (ə), o da Allahdan nəql etmişlər. Bu rəvayətin sənəd silsiləsi çox möhtərəm olduqları üçün onu “Silsilətuz-zəhəb” adlandırmışlar. Əhməd ibn Hənbəl bu rəvayət haqqında demişdir ki, əgər bu rəvayəti (sənədində olan çox hörmətli kəslər olduğu üçün) cin vurmuş adama oxusalar, o adam yaxşılaşar.

حدثنا أبو اسحاق ابراهيم بن عبدالله بن اسحاق المعدل ثنا أبو علي احمد بن علي الأنصاري بنيسابور ثنا أبو الصلت عبدالسلام بن صالح الهروي ثنا علي بن موسى الرضا حدثني أبي موسى بن جعفر حدثني أبي جعفر بن محمد حدثني أبي محمد بن علي حدثني أبي علي بن الحسين حدثني الحسين بن علي حدثني أبي علي ابن أبي طالب رضي الله تعالى عنهم حدثنا رسول الله  صلى الله عليه وسلم  عن جبريل عليه السلام قال قال الله عز وجل إني أنا الله لا إله إلا أنا فاعبدوني من جاءني منكم بشهادة أن لا إله الا الله بالاخلاص دخل في حصني ومن دخل في حصني أمن من عذابي هذا حديث ثابت مشهور بهذاالإسناد من رواية الطاهرين عن آبائهم الطيبين وكان بعض سلفنا من المحدثين اذا روى هذا الاسناد قال لو قرىء هذا الاسناد على مجنون لأفاق

 

Bizə Əbu İshaq İbrahim ibn Əbdillah ibn İshaq Əl-Müəddəl rəvayət etdi (və dedi): Bizə Nişapurda Əbu Əli Əhməd ibn Əli əl-Ənsari rəvayət etdi (və dedi): Bizə Əbus-Səlt Əbdüssəlam ibn Saleh əl-Hərəvi rəvayət etdi (və dedi): Bizə Əli İbn Musa ər-Rza (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Musa ibn Cəfər (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Cəfər ibn Məhəmməd (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Məhəmməd ibn Əli (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Əli İbn əl-Hüseyn (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Hüseyn ibn Əli (ə) rəvayət etdi (və buyurdu): Mənə atam Əli ibn Əbu Talib (ə) rəvayət etdi (və buyurdu): Bizə Allahın Rəsulu (s) Cəbrayılın belə buyurduğunu rəvayət etdi: Allah Əzzə və Cəllə buyurmuşdur: Mən o Allaham ki, Məndən başqa ilah yoxdur. Mənə ibadət edin! Hər kəs Mənim yanıma ixlasla şəhadət gətirsə, Mənim qalama daxil olar. Hər kəs qalama daxil olsa əzabımdan amanda qalar.

Bu rəvayət sabit və bu sənədlərlə məşhur rəvayətdir. Pak insanlar bu hədisi pakizə insanlardan rəvayət edibdir. Bizim sələfimiz olan mühəddislər bu hədisi nəql edərkən belə deyiblər: Əgər bu sənədlərlə bu hədisi ruhi xəstəyə oxusalar, o xəstə özünə gələr.[2]

وقال أبو علي قال لي أحمد بن حنبل إن قرأت هذا الإسناد على مجنون برئ من جنونه وما عيب هذا الحديث إلا جودة إسناده

Əbu Əli deyir ki, Əhməd ibn Hənbəl mənə belə dedi: Əgər sən bu hədisi bu sənədlərlə ruhi xəstəyə oxusan, sağalar. Bu hədisin sənədlərinin nadir olmasından başqa heç bir eybi yoxdur.[3]

وبما حكاه الأستاذ الأعظم عن كشف الغمة " أن بعض الأمراء السامانية كتب الحديث الذي رواه الرضا (عليه السلام ) لأهل نيشابور بسنده عن آبائه ( عليهم السلام ) إلى الرب تعالى بالذهب ، وأمر بأن يدفن معه ، فلما مات رئي في المنام فقال غفر الله لي بتلفظي بلا إله إلا الله ، وتصديقي بمحمد ( صلى الله عليه وآله ) وإني كتبت هذا الحديث تعظيما واحتراما " انتهى

Böyük ustad Kəşf əl-ğummədən nəql edir ki, bu sənədin “silsilətuz-zəhəb” adlandırılmasının səbəbi budur ki, Samani əmirlərindən biri İmam Rzanın (ə) Nişapur camaatı üçün atalarından, onlar da Allahdan nəql etdiyi bu hədisi qızıl hərflərlə yazılmasına göstəriş vermişdi və buna çox ehtiram göstərirdi. Sonra da vəsiyyət etmişdi ki, öləndən sonra bu qızıl hərflərlə yazılmış hədisi onunla birgə dəfn etsinlər. Sonra onu öləndən sonra yuxuda görmüşdülər ki, belə deyirdi: “La ilahə illəllah” kəlməsini iqrar etdiyimə görə, onun peyğəmbərini təsdiq etdiyimə görə və bu rəvayətə etdiyim ehtirama görə Allah məni bağışladı.

Şiə kitablarında Silsilətuz-zəhəb hədisinin əsasları

Mərhum Şeyx Səduq (r.ə) bu hədisi özünün müxtəlif kitablarında gətirmiş və bunun üçün bir neçə sənəd zikr etmişdir. Təkcə “Tovhid” kitabında bu hədisi üç sənədlə zikr etmişdir. Lakin biz onun biri ilə kifayətlənirik.

حدثنا محمد بن موسى بن المتوكل رضي الله عنه ، قال : حدثنا أبو الحسين محمد بن جعفر الأسدي ، قال : حدثنا محمد بن الحسين الصوفي ، قال : حدثنا يوسف ابن عقيل ، عن إسحاق بن راهويه ، قال : لما وافى أبو الحسن الرضا عليه السلام بنيسابور وأراد أن يخرج منها إلى المأمون اجتمع إليه أصحاب الحديث فقالوا له : يا ابن رسول الله ترحل عنا ولا تحدثنا بحديث فنستفيده منك ؟ وكان قد قعد في العمارية ، فأطلع رأسه وقال : سمعت أبي موسى بن جعفر يقول : سمعت أبي جعفر بن محمد يقول : سمعت أبي محمد بن علي يقول : سمعت أبي علي بن الحسين يقول : سمعت أبي الحسين ابن علي بن أبي طالب يقول : سمعت أبي أمير المؤمنين علي بن أبي طالب يقول : سمعت رسول الله صلى الله عليه وآله وسلم يقول : سمعت جبرئيل يقول : سمعت الله جل جلاله يقول : لا إله إلا الله حصني فمن دخل أمن من عذابي . قال : فلما مرت الراحلة نادانا . بشروطها وأنا من شروطها .

 قال مصنف هذا الكتاب : من شروطها الاقرار للرضا عليه السلام بأنه إمام من قبل الله عز وجل على العباد ، مفترض الطاعة عليهم .

 

Məhəmməd ibn Musa ibn Mütəvəkkil bizə rəvayət etdi və dedi: Əbul-Hüseyn Məhəmməd ibn Cəfər əl-Əsədi bizə rəvayət etdi və dedi: Məhəmməd ibn əl-Hüseyn əs-Sufi bizə rəvayət etdi və dedi: Yusif ibn Əqil bizə rəvayət etdi və dedi: İshaq ibn Rahveyh bizə rəvayət etdi və dedi:

İmam Rza (ə) Məmunun yanına gedəndə Nişapur şəhərinə çatdı. Hədis əhli Həzrətin (ə) ətrafında toplaşdılar və Həzrətə (ə) belə dedilər: Ey Allah rəsulunun oğlu, buradan keçirsən, amma bizə bir hədis demirsən ki, ondan faydalanaq. Həzrət (ə) kəcavədə oturmuşdu, başını bayıra çıxarıb buyurdu: Atam Musa ibn Cəfərdən (ə) eşitdim ki, belə buyurdu: Atam Cəfər ibn Məhəmməddən (ə) eşitdim ki, belə buyurdu: Atam Məhəmməd ibn Əlidən (ə) eşitdim ki, belə buyurdu: Atam Əli ibn əl-Hüseyndən (ə) eşitdim ki, belə buyurdu: Atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, belə buyurdu: Atam Əmirəl-möminin Əli ibn Əbu Talibdən (ə) eşitdim ki, belə buyurdu: Allah rəsulundan (s) eşitdim ki, belə buyurdu: Cəbrayıldan (ə) eşitdim ki, belə buyurdu: Allah Əzzə və Cəllədən eşitdim ki, belə buyurdu: “La ilahə İlləllah” kəlməsi Mənim qalamdır. Kim Mənim qalama daxil olsa, əzabımdan amanda qalar. Karvan yola düşən zaman Həzrət (ə) bizi çağırıb buyurdu: Əzabdan amanda qalmağın şərtləri vardır. Mən onun şərtlərindən biriyəm.

Bu kitabın müəllifi (Şeyx Səduq) deyir: Şərtlərdən biri İmam Rzanın (ə) Allah tərəfindən bəndələrə imam təyin olunduğunu və Həzrətin (ə) itaətinin onlara vacib olduğunu iqrar etməkdir.  

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə

 

[1] Silsilə əz-zəhəb, Əhməd ibn Əli ibn Həcər; s 7; Bu mətləb Malikin Muvəttə kitabının müqəddiməsinin 21-ci səhifəsində  də gəlmişdir.

[2] Hilyətul övliya, c 3, s 191

[3] Tarix Əsbəhan, c 1, s 174