Siyasi partiyalara verilən vəsait azaldıldı

“Deputatların sual və təklifləri hökumət orqanlarının müvafiq təhlillərin sonra öz həllini tapır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir Tahir Kərimliyə cavabında bildirib ki, siyasi partiyaların maliyyələşdirilməsi müvafiq qanuna uyğun həyata keçirilir: “Həmin qanunda Milli Məclis tərəfindən dəyişiklik edilib. Həmin modelin əsasında Maliyyə Nazirliyi partiyalara vəsait ayırır. Hazırda mövcud qanunvericiliyə görə, ayrılan vəsaitin 5%-i seçkilərdə iştirak etmiş və xal qazanmayan partiyalara ayrılır. 40% siyasi partiyalar arasında, qalan 50% Milli Məclisdə təmsil olunan partiyalar arasında bölünür. 5% isə il ərzində partiya mənsubiyyəti dəyişdiyinə görə ayrılır. Azalma Milli Məclisdə təmsil olunan partiyaların sayının artması ilə bağlıdır. Həmin partiyaların sayının artırılması nəticəsində deputatların sayı da artıb. Həmin deputat sayına görə verilən vəsait eyni məbləğ olduğundan daha az vəsait ödənilir. Vəhdət Partiyası və digər 6 partiyaya ötən illə müqayisədə daha az vəsait verilib”.