Son dörd gündə Sinayda Misir hərbçilərinə ikinci dəfə hücum edilib, azı beş ölü var

Misirin Şimali-Sina əyalətində ordu qüvvələrinə hücum edilib.

SalamNews Reuters-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün sübh silahlılar Sinay Yarımadasında Ordu qüvvələrinin mövqelərini hədəfə alıblar. Hücum zamanı beş hərbçi həyatını itirib.

Qeyd edək ki, mayın səkkizində adıçəkilən əyalətdə İŞİD-in zavodlardan birinin ərazisinə hücumu nəticəsində 11 əsgər və bir zabit həyatını itirib.

Bundan sonra Misir prezidenti Əbdülfəttah Sisi əyalətdə təmizləmə əməliyyatının həyata keçirilməsi haqda göstəriş verib.