Səudiyyə Ərəbistanı İranla `səmimiyyət`dən danışdı

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İranla müzakirələr gedişatını "səmimi" adlandırıb. 

Bu barədə Reuters agentliyi məlumat yayıb. 

Səudiyyə Ərəbistanı XİN rəhbərinin sözlərinə görə, rəsmi ər-Riyad regionda sülh və sabitliyin axtarışındadır: 

"Biz bu danışıqlarda ciddiyik. Biz həmişə demişik ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün yollar tapılmalıdır".

Qeyd edək ki, bundan öncə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bildirib ki, İran hec vaxt Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri kəsməyib. Əksinə, bu təşəbbüs bir neçə il bundan qabaq Səudiyyə Ərəbistanına məxsus olub. 

Faktxeber.