Səudiyyə Ərəbistanın vəliəhdi Putin və Zelenski ilə danışıb

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon vasitəsilə danışıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir.

Bildirilib ki, ötən gün vəliəhd Məhəmməd bin Salmanla Putin arasında telefon danışığı baş tutub və tərəflər burada qarşılıqlı əlaqələri və Ukrayna kimi bir sıra problemləri müzakirə ediblər.

Tərəflər dünya neft bazarının vəziyyətini, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı, habelə Ukrayna məsələsini müzakirə ediblər.

Tərəflər son günlərdə Ukrayna-Rusiya arasında ər-Riyad vasitəsilə əsir və məhbusların mübadiləsinin baş tutmasından məmnunluğunu ifadə ediblər.

Məhəmməd bin Salman Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bildirib.

O həmçinin Zelenski ilə danışığında vasitəçiliyə hazır olduğunu çatdırıb.

Zelenski də öz növbəsində son günlərdə əsir və məhbusların mübadiləsinin baş tutmasında əhəmiyyətli rol aldığına görə Bin-Salmana təşəkkür edib.