Suriya və Türkiyədə zəlzələ itkilərinin sayı durmadan artır

Ötən gün Türkiyə və Suraya baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı artır. Son məlumatlara görə Suriyada zəlzələ nəticəsində 1509 nəfər ölüb, 3548 nəfər yaralanıb. Ən azı 4 min ailə evini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı duyur. Türkiyədə vəziyyət isə daha acınacaqlıdır. Türkiyə mediasının yaydığı son məlumata görə, burada 3 549 nəfərin həyatını itirb, 22 168 nəfərin xəsarət alıb.