Suriyada ABŞ-ın ən böyük hərbi bazasına raketlərlə hücum edilib

Suriyanın şimal-şərqində Həsəka əyalətində yerləşən ABŞ qüvvələrinin olduğu bazaya dörd ədəd raket atılıb.

SalamNews bu barədə Suriya mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Suriyanın şimal-şərqində İraq sərhədinin 10-kmdə yerləşən bir hərbi bazaya dörd ədəd raket atılıb.

Partlayış səsləri əyalətin bir çox bölgələrində eşidilib.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib və hücumun ziyan və xəsarətləri barədə də hələ bir məlumat yoxdur.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd birləşmələri İŞİD-lə mübarizə adı ilə bölgəni zəbt ediblər.