Suriyada İŞİD ilə kürd qüvvələri arasında döyüşlər davam edir

İŞİD-in cihadçıların saxlanıldığı həbsxanaya hücum etməsidin ardından şənbə günü Suriyada İslam Dövləti qrupu ilə kürd qüvvələri arasında artıq üçüncü gün döyüşlər gedib. Monitorinq qrupu zorakılıqlar nəticəsində 70-dən çox insanın həyatını itirdiyini bildirib.

Şimalda yerləşən Həsəki şəhərində Qvaryan həbsxanasına hücum İŞİD-in “xilafəti”nin üç il öncə Suriyada məğlub edildiyi elan ediləndən bəri ən böyük hücumudur.

Suriya İnsan Hüquqları Müşahidə Qrupunun başçısı Rami Abdel Rəhman deyib ki, zorakılıqlar nəticəsində kürd təhlükəsizlik qüvvələrinin azə 28 üzvü, 5 mülki vətəndaş və İŞİD-in 45 üzvü öldürülüb.

Təşkilatın bildirdiyinə görə, İŞİD cihadçı qrupun 3500-dən çox şübhəli üzvünün, o cümlədən bəzi liderlərinin saxlanıldığı həbsxanaya hücumu cümə axşamı gecə həyata keçirib.

Britaniyada qərargahlanan və məlumatları Suriyadakı mənbələrindən əldə edən monitorinq qrupu bildirib ki, cihadçılar saxlanma mərkəzində “tapdıqları silahları ələ keçiriblər”

Təşkilatın bildirdiyinə görə, hadisədən sonra yüzlərlə cihadçı məhbus saxlanılıb, onlarlasının isə qaçdığı güman edilir.

Məlumatda həmçinin bildirilir ki, həbsxana benyəlxalq koalisiyanın dəstəyi ilə kürd qüvvələri tərəfindən mühasirəyə alınıb.

Döyüşlər həbsxananın şimal hissəsinə aparılır,” kürdlərin çoxluq təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü bildirib və vəziyyəti “qeyri-adi” adlandırıb.

Cihadçı qrup cümə özünü Amaq xəbər agentliyi vasitəsilə yaydığı bəyanatında bildirib ki, həbsxanaya hücumunun məqsədi “məhbusları azad etmək” olub.

İŞİD 2019-cu ilin mart ayında bir zamanlar güniş əraziyə yayılmış protod-dövləti dağılandan bəri kürd və hökumət hədəflərinə qarşı müntəzəm hücumlar həyata keçirib.

Onların hücumlarının çoxu hərbi hədəflərə və ucqar ərazilərdəki neft qurğularına qarşı olub. Ancaq Həsəki həbsxanasına hücum və məhbusların qaçması qrupunun canlanmasında yeni mərhələ ola bilər.

Cümə günü həbsxanadan qaçışın mərkəzləşdirilmiş şəkildə koordinasiya edilmiş bir əməliyyat olub və bilərəkdən qonşu İraqda hərbi bazaya hücumla eyni vaxtda üst-üstə düşüb-düşmədiyi bəlli deyildi.

 

Amerikanın səsi.