Suriyada zəlzələdə həyatını itirənlərin sayı artır

 Regional xəbər mənbələri Suriyadakı zəlzələdə 4 mindən çox insanın həyatını itirdiyini açıqlayıb. Bu çərçivədə Suriyada zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım aparan İran İslam Respublikasının üçüncü təyyarəsi çərşənbə axşamı axşam saatlarında Hələb hava limanına enib. Digər tərəfdən, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Suriyanın qərbində zəlzələnin baş verdiyini açıqlayıb. Yerli məlumatlara görə, Hələb, Həma, Latakiya və Homs əyalətlərinin əhalisi bu zəlzələni hiss edib.