Suriyada zəlzələdə ölənlərin sayı 461-ə çatıb

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 461-ə çatıb.

Təbii fəlakət zamanı daha 1326 nəfərin yaralandığı bildirilir.