Tacikistanda vəziyyət gərgin olaraq qalır

Eastnews.org-un verdiyi xəbərə görə, etiraz aksiyasının keçirildiyi Dağlıq Bədəxşan Muxtar Vilayəti inzibati mərkəzi olan Xoroq şəhərində vəziyyət gərgin olaraq qalır.   Bu barədə Tacikistanın güc strukturlarından məlumat verilib.   Məlumata görə, etirazçıların nümayəndələri ilə danışıqlar aparmaq cəhdləri hələ ki, nəticə verməyib.   Etiraz aksiyası 25 noyabrda yerli sakin Gülbiddin Ziyobekovun polis tərəfindən saxlanılarkən ölməsi ilə əlaqədar başlayıb.