Tale Bağırzadə İsrailin Qüdsdəki vandallıq aktını qınayıb

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə sosial media üzərindən Fələstində son günlər baş verən hadisələrə reaksiya verib. Sionist İsraili qınayan ilahiyyatçı bəyanatında deyib: 

"Dünyanın on illərlə qaniçən sionist İsrail işğalına səssiz qalması bu gün xarabalığa çevrilən Fələstin faciəsinə yol açmaqdadır. Sadə bir həqiqətdir ki, bu gün dünya ictimaiyyətinin dinc əhalinin qətliamı fikrinə görə İsrail müttəfiqlərinin guya narahat görünmələri, əslində Ukrayna mövzusunda göstərdikləri diqqətə görədir. Ukrayna müharibəsinə bütün hərbi, siyasi, sosial və sair hər cür mütəffiqlik göstərən dünya güclərinin Fələstin mövzusunda susqunluğu bu gün İsrail təcavüzünü Allah evinin daxilinə qədər gətirib çıxarıb. Günümüzdə hər bir fələstinlinin məruz qaldığı təzyiqdən şəhadətə qədər işgəncələr, dünya güclərinin cılızlığının, əzmkar Fəsətin xalqının isə mübariz ruhunun təcəssümüdür. Şübhə yoxdur ki, Qüds zülm və sitəm buludlarını öz mətin duruşu ilə dağıdacaq və bu tarix çox da uzaqda deyil.
Dünyada aparteid tətbiq edən yeganə rejim olan İsrailin insanlığa ləkə olan vandallıq aktlarını məhkum edir, mərd Fələstin xalqına haqq mübarizəsində Allahdan yardım diləyirəm".

Tale Bağırzadə.
Müsəlman Birliyi Hərəkatının sədri.
18.04.2022.