Tbilisi Saakaşvilini dəstəklədi-Video

Tiflis küçələrinə çıxan on minlərlə insan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsini tələb edib. Məlumatı Euronews-a istinadən Operativ.tv-yayıb. Mitinqi Saakaşvilinin müxalif Vahid Milli Hərəkat partiyası təşkil edib. Partiya lideri Nika Melia bildirib ki: "Söhbət Mixail Saakaşvilini prezident olaraq xilas etməkdən getmir. Hər şeydən əvvəl gələcəyimizi xilas etməliyik. Biz Lukaşenko rejiminin Gürcüstanda olmasını istəmirik".

Keçmiş prezidentin qayıdışı nəticəsində partiyası ikinci yeri tutub. Növbəti turda Vahid Milli Hərəkatdan namizədlər Tiflis də daxil olmaqla 20 bələdiyyədə meriya üçün yarışacaq.

Siyasətçinin iki cinayət işi üzrə məhkum edildiyini xatırladan Gürcüstan hakimiyyəti, Saakaşvilinin vəziyyəti sabitləşdirdiyini bildirib.

  Keçmiş prezident ittihamlarının uydurma olduğunu deyir və həbsxanada aclıq elan edib.