Tunisdə hökumətin istefaya göndərilməsi və parlamentin buraxılması qərarı verilib

Tunis prezidentinin yeni və qəfil qərarları ölkədə ciddi siyasi gərginlik yaradıb. Ordu və təhlükəsizlik qüvvələri paytaxtda həssas obyektlərə yerləşdirilib.

Tunisin prezidenti Qeys Səid ötən gün təhlükəsizlik şurası üzvləri və ordu başçıları ilə keçirdiyi toplantının ardından baş nazir Hişam əl-Mşeşini istefaya göndərib, eləcə də islamçı ən-Nəhda hərəkatı üzvlərinin çoxluq təşkil etdiyi parlamentin buraxılması qərarını verib.

Qərara əsasən parlament üzvlərinin toxunulmazlığı da ləğv edilib.

Ordu və təhlükəsizlik qüvvələri paytaxtda parlament də daxil olmaqla bir çox obyektləri nəzarətə götürüb.

Parlamentin sədri Raşid Əlğannuşi prezidentin bu addımını çevriliş kimi qiymətləndirib və tərəfdarlarını aksiyalara çağırıb.

Məlumata görə təhlükəsizlik qüvvələri Raşid Əlğannuşinin parlamentə daxil olmasına imkan verməyib.