Türkiyə Qara dəniz qazını bu tarixdə nəql etməyə başlayacaq

Türkiyə ölkə sərhədləri daxilində, o cümlədən də dəniz zonalarında bütün yataqların kəşfiyyatını davam etdirmək niyyətindədir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii resurslar nazizi Fatih Dönmez bildirib.

O, həmçinin Qara dənizin Türkiyəyə aid sahəsində yeni “Sakarya” yatağının işlənilməsi üzrə addımlar barədə də danışıb.

2003-cü ilin mart ayında Qara dənizdəki yataqdan ilk qaz quruya nəql ediləcək“, – deyə Dönmez qeyd edib.

Onun sözlərinə görə, Qara dənizin Türkiyəyə aid sektorunda 2200 metr dərinlikdə bütöv “enerji bazası” yaradılır.

Artıq dənizin dibi ilə 120 km boru döşənilinib. 50 km qalıb“, – deyə o nazir əlavə edib.