Türkiyə Sedat Peker barəsində axtarış elan etdi

Türkiyə mafiya lideri kimi tanınan Sedat Pekeri axtarışa verib.

"Cümhuriyyət" qəzetinin mayın 27-də verdiyi xəbərə görə, bu barədə Ankara Baş prokurorluğu məlumat verib. 

S. Peker mütəşəkkil cinayət təşkilata üzv olmaqda və onu idarə etməkdə təqsirkar bilinir. 

Türkiyəli populyar mafioz fiqur S. Peker son üç həftə ərzində “Yutub”da paylaşdığı videolarla Türkiyə cəmiyyətində böyük ajiotaja səbəb olub. O, qətllər, zorlamalar, korrupsiya və narkotik qaçaqmalçılığı da daxil olmaqla, Türkiyənin tanınmış dövlət xadimlərinə qarşı bir sıra ittihamlar irəli sürüb.

S. Pekerin bir neçə həftə ərzində sosial şəbəkələrdə yaydığı videolar 30 milyondan çox baxış toplayıb.