Türkiyədəki zəlzələdən 13 milyon əhali zərər görüb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyənin Maraşın Pazarcık rayonunda mərkəzi olan 7,4 bal gücündə zəlzələ eyni zəlzələ xəttində yerləşən 10 əyaləti silkələyib. Maraş, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda dağıntı və can itkisi var. NTV-də yayımlanan xəbərə görə zəlzələdən zərər çəkmiş ilk bölgədə 5 milyon insan yaşayır. Təsirə məruz qalan 10 vilayətin əhalisi 13 milyonu ötüb. Zəlzələ Yaxın Şərqdə, xüsusilə Suriyada İsrail və Misiri silkələyib. Təsirə məruz qalan əraziyə Qafqaz da daxildir.

2022-ci il siyahıyaalınmasına əsasən, təsirlənmiş əyalətlərin əhalisi aşağıdakı kimidir:

Hatay: 1 milyon 685 min 331

Kahramanmaraş: 1 milyon 178 min 619

Qaziantep: 2 milyon 162 min 388

Kilis: 147 min 831.

Diyarbəkir: 1 milyon 791 min 373

Urfa: 2 milyon 180 min 523

Adana: 2 milyon 263 min 373

Adıyaman: 633 min 728

Malatya: 810 min 714