Ukrayna Rusiyaya PUA satdığına görə İran səfirinin akkreditasiyasını ləğv edib

İranın Ukraynadakı səfiri akkreditasiyadan məhrum edilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.

Həmçinin Ukrayna İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaldıb.

Bu qərar Ukraynaya qarşı müharibə aparmaq üçün İranın Rusiyaya pilotsuz təyyarələrinin tədarükünə cavab olaraq qəbul edilib.

Qeyd edək ki, yerli mənbələr ötən gün İran kamikadze, hərbi və kəşfiyyat PUA-larının Ukrayna səmasında uşuşlarını və həssas mövqeləri hədəfə almasının görüntülərini yayımlayıb.