Ukraynalı əsgər yoldaşlarına atəş açdı: Beş nəfər qətlə yetirilib, daha beşi yaraladı

Ukraynanın Dnepr şəhərində Ukrayna Milli Qvardiyasının 20 yaşlı əsgəri Ryabçuk Artemi Yuryeviç xidməti silahından hərbçi yoldaşlarına atəş açıb.

Hadisə ötən gecə yerli vaxtla saat 03:40 radələrində (Bakı vaxtı ilə 05:40) baş verib.

Nəticədə Ukrayna silahlı qüvvələrinin dörd hərbçisi və 1 nəfər mülki işçi olan qadın qətlə yetirilib. Daha beş nəfərin yaralandığı bildirilir.

Hadisə ilə əlaqədar Ukraynanın Milli Polis və Milli Qvardiyanın bölmələri xüsusi hazırlıq səviyyəsinə gətirilib.

Törədilən cinayətin motivləri hələlik məlum deyil.

Milli Qvardiyanın komandiri, general-polkovnik Nikolay Balan təcili olaraq hadisə yerinə yola düşüb.