Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Əvəz Zeynallının vəkili Aqil Layıc məlumat verib.

"Ümid edirəm ki, apellyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq", - deyə vəkil bildirib.