Xerson Administrasiyası: Bölgədə Rusiya hərbi bazası yaradılmalıdır

Xerson vilayətinin Hərbi və Mülki Administrasiyası rəhbərinin müavini Kirill Strimosov şəhərin məqsədinin Rusiyaya birləşmək olduğunu deyib və bunun “regionun və onun sakinlərinin təhlükəsizliyinin təminatçısı” olacağını vurğulayıb.
Operativ.tv Al-Mayadeen-ə istinadən məlumatına görə, Xerson vilayətinin Hərbi və Mülki Administrasiyası rəhbərinin müavini Kirill Strimosov bu gün, çərşənbə axşamı elan edib ki, Xerson vilayəti ayrıca müstəqil respublika olmağı planlaşdırmır və məqsəd Rusiyaya birləşməkdir.
"Bizim əsas vəzifəmiz Rusiyanın bir hissəsi olmaqdır" deyən Strimosov Sputnik-ə deyib: "Biz bunu tələb edəcəyik, bütün xalqın istədiyi budur. Bu, əsas məsələdir. Belə ki, bu məsələ regionun və onun sakinlərinin təhlükəsizliyinin təminatçısı olacaqdır."
O, “Rusiya hərbi bazasının Xerson vilayətində olmasının” zəruriliyini vurğulayıb.
Strimosov “Ukrayna dili ilə yanaşı rus dilinin də regionda rəsmi dilə çevriləcəyinə, məktəblərdə və universitetlərdə təhsilin də rus dilində aparılacağına” işarə edib.