Yaxın ölkələrin itkiləri

İyunun 9-na olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 762,8 mindən çox adamın ölümünə gətirib. Yaxın ölkələrdən ən çox Rusiya itki verib: 124496 nəfər.

İranda 81362, Ukraynada 51333, Türkiyədə 48341 nəfər infeksiya qurbanı olub.

Digər yaxın ölkələr belə sıralanır:

Moldova – 6141 ölüm

Gürcüstan – 4951

Ermənistan – 4463

Litva – 4317

Qazaxıstan – 4111

Belarus – 2929

Latviya – 2423

Qırğızıstan – 1859

Estoniya – 1264

Özbəkistan – 699

Tacikistan – 90.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.

Son rəsmi hesabata görə, ölkədə 334849 nəfər koronavirusa yoluxub, onların 4947-si vəfat edib.