Yəhya Səridən xarici şirkətlərə xəbərdarlıq: BƏƏ-ni tərk edin

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmən xalqına qarşı hücumlarına toxunaraq, BƏƏ-yə sərmayə qoyan xarici şirkətlərə bu ölkəni tərk etməyi tövsiyə edib.

Yəhya Səri tvitter hesabında yazıb: “Təcavüzkar qüvvələrin Yəmən xalqına qarşı törətdiyi qətllərdən sonra biz xarici şirkətlərə təhlükəsiz olmayan ölkəyə sərmayəni dayandıraraq BƏƏ-ni tərk etmələrini tövsiyə edirik. BƏƏ Yəmənə qarşı təcavüzünü davam etdirdikcə, o, təhlükəsiz ölkə olaraq qalacaq"- deyə Səri bildirib.

Yəməndəki vəhşiliklərdən sonra Səudiyyə və BƏƏ-nin döyüş təyyarələri ötən saatlarda müxtəlif əyalətləri 70 dəfədən çox bombalayıb, onlarla dinc sakin ölüb və yaralanıb. Yəmənin mərkəzi telekommunikasiya binasını vuran Səudiyyə koalisiyası Yəməndəki zülm və qətllərin eşidilməsinə mane olmaq istəyir.