Yəməndə partlayış: 35 ölü və yaralı var

Operativ.tv Rasthaber-ə itinadən xəbər verir ki, Yəmənin Ədən şəhərində partlayış nəticəsində 35 nəfər ölüb və ya yaralanıb.
Ədən əl-Yəumun xəbərinə görə, Yəmənin cənubundakı Ədən şəhərində Əl-Şeyx Osman bazarında partlayış baş verərkən meydana gələn partlayışda biri uşaq olmaqla 5 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
Yəmən rəsmiləri partlayışın şəhərin şimalında qurulan balıq bazarı yaxınlığındakı zibilliyə qoyulan partlayıcının işə düşməsi nəticəsində baş verdiyini bildirib.
Yerli mənbələr də itkilərin artmasından narahat olduqlarını bildiriblər.