Yunan ekspert: "Biz İranın düşməni deyilik, amma müttəfiqlərimiz ABŞ, Səudiyyə və İsrail İranın düşmənidir"

Operativ.tv "Giperssilka"-istinadən xəbər verir ki, bu sözləri yunanıstanlı analitik Dr. Cliantis Kyriakidis "Sky News" kanalında çıxışı zamanı deyib:

"Biz İranın düşməni deyilik, amma ABŞ, Səudiyyə Ərəbistanı və İsrail kimi müttəfiqlərimiz İranın düşmənidir.

İranın bu addımı beynəlxalq hüquqların pozulmasına səbəb oldu.

İranın bu davranışı Yunanıstanın etdiyi hərəkət ilə uyğun deyildi. Onlar bu məsələdə daha ağır və uyğun olmayan cavab verdilər. Sanki mən bir nəfərə bir şillə vururam, o da bunun əvəzində mənə bir şillə vurmaq yerinə, mənim ailəmin bütün üzvlərini öldürür.

Bəlkə də nefti İrana qaytarmaq daha yaxşı olardı".

Yunanli ekspertin çıxışından sonra İranlı ekspert Məhəmməd Müsəddiqpur çıxış edib:

"İranın bu addımı heç də dəniz quldurluğu deyil və heç bir qayda pozuntusu baş verməmişdir.

Bu, Yunanıstana qarşılıqlı bir cavab idi. Yunanıstan bu hərəkətini yenidən təkrarlamaq istəsə, bilməlidir ki, daha 17 yunan gəmisi hələ də Fars körfəzindədir.

Yunanıstana yaxşı dərs verdik, gərək bu dərsdən ibrət götürüb ABŞ, İsrail və İran arasındakı münaqişələrdə tərəfsiz qalsınlar".