Zahid insanın nişanələri

Zahid insanın nişanələri
~~~~~~~~~~~~~~~~
Bağışlayan və Mehriban Allahın adı ilə.
Təbiidir ki, əgər insan dünyada yaşayırsa, dünya nemətlərindən səmərəli surətdə istifadə etməlidir və eyni zamanda dünyaya bağlanmamalıdır. Belə ki, əlinə bir şey yetişərsə sevinməməli və itirdiyinə görə də kədərlənməməlidir. İnsan bu sifətlərə malik olarsa zahid insan sayılır. Belə insanlar aşağıdakı xüsusiyyətlərə sahib olurlar:
1. Zahidlərin birincin xüsusiyyəti budur ki, qəbirləri və cəsədlərin çürüməsini heç vaxt unutmasın.
Dünyaya bağlı olan insanlar daim onun zahirinə və abadlıqlarına diqqət yetirir və özlərində olmayan şeylərin həsrətini çəkirlər. Lakin dünyaya əhəmiyyət verməyən kəslər daim onun viranəliklərinə, qəbristanlıqlarına nəzər salarlarlar, çünki bunlar dünyanınfani olmasının nişanələridir. Zahid o kəsdir ki, viranələri, dünyanın faniliyini yaddan çıxarmasın. Bu o demək deyil ki, insan səhərdən axşama qədər qəbristanlıqda gəzib dolansın. Mənası budur ki, arabir qəbristanlığa baş çəksin. Həm ziyarət etsin, həm də ibrət götürsün.
Bəzi insanlar qəbristanlığın yanından keçdikləri zaman çalışırlar ki, ora baxmasınlar. Ölüm və qəbir adlarını eşidəndə canlarına qorxu düşür. Qorxurlar ki, birdən qəbristana baxsalar, eyş-işrət ruhiyyələri pozular. “Ölüm” ifadəsi araya gələndə, narahat olurlar, mövzunu dəyişdirməyə çalışırlar. Halbuki onlar harada olur olsun, ölüm mütləq onların dadına yetişəcək Щалбукиё онлар щарада олур-олсун юлцм мцтляг онларын дадына йетишячяк. Bunun əksinə olaraq, axirətə ürək bağlamış insanlar daim axirəti fikirləşər və ölümü unutmazlar.
 
2. Zahidlərin ikinci xüsusiyyəti isə budur ki, dünya zinətlərini tərk etsinlər.
Aydındır ki, insa həyatın davamı üçün zəruri olan ev, libas, zinət kimi dünya imkanlarından istifadə etməlidir.Bunların düzgün istifadəsi insanın təkamülə çatmasında mühüm rol oynayır. Bu cəhətini nəzərə alaraq müqəddəs şəriət nəinki onlardan istifadə olunmasının qarşısını almır, hətta onlara qarşı insanları təşviq də edir.
«Allahın Öz bəndələri üçün yaratdığı zinəti kim haram etmişdir? De: Bunlar bu dünyada iman gətirənlər üçündür və qiyamət günündə də yalnız möminlərə məxsusdur... (Əraf surəsi, 32).
Önəmli olan budur ki, bu imkanlardan, zinətlərdən zərurət həddində istifadə edilsin. Yerdə qalan artıq zinət və sərvətləri ehtiyacı olanlara bağışlamaq lazımdır. Əgər insan heç bir hədd-hüduda riayət etməyib zərurət həddini aşarsa, nə qədər dünya ləzzətlərindən istifadə etsə, nə qədər həyatını zənginləşdirməyə çalışıb rəngarəng etsə belə, gündə evinin modelini bir şəkildə düzəltsə, çilçıraqlarını və pərdələrinidəyişsə, ən son istehsal edilmiş maşına minsə də, yenə qane olmayacaqdır. Çünki insanın təbiəti dəyişkənliyə elə vurğundur ki, özünə heç bir sərhəd tanımır və gözü heç bir şeydən doymur. Aydındır ki, belə şəxs zahid deyil. Zahid-öz ehtiyacları həddində dünyadan bəhrə götürəndir. Ona kifayət edəcək qədər sığınacağa qane olur və yaraşıqlı binaya sahib olmaq fikrindən belə keçmir. Maşına ehtiyacı olsa, ona ayağını yerdən götürəcək vasitə kimi baxır və onu gediş-gəlişinə köməklikdə zəruri bildiyi üçün alır. Daha maşınının lüks olub-olmamasına və camaatın xoşuna gəlib-gəlməməsinə diqqət yetirmir. Bu cümlədə təkid artıq zinətlərin tərk edilməsindədir, bundan qeyri surətdə zinətlərdən istifadə edilməsinin heç bir maneçiliyi yoxdur və onlar həyatın zərurətlərindən sayılır. Bu niyyətlə zinətlərin istifadəsi nəinki məzəmmət deyil, bu barədə tövsiyələr də edilmişdir; o cümlədən kişinin öz həyat yoldaşına və həmçinin qadının da öz ərinə zinət olması, təmiz paltar geyinmək, saç-saqqalın səliqəyə salınması, ətirlənib daranması və s. kimi sifarişlərə hədislərdə tez-tez rast gəlinir.
Xüsusi olaraq mömin insanın mövqeyi belə tələb edir ki, həm zahirini, həm də batinini təmiz saxlamalıdır. Bu cəhətinə görə də, İslam zahiri səliqə-səhmana xüsusi diqqət yetirir. İnsanın məscidə və ya başqa bir məclisə getdiyi zaman səliqəli geyinib, dostlarının könlünü açması üçün ətirlənməsinə dair hədislərdə göstərişlərə çox rast gəlinir. Yaxud da namaz qılarkən ətirlənməsi təkid edilir. Çünki ətir vurub namaz qılan şəxsin qıldığı iki rəkət namazın savabı, yetmiş rükət ətirsiz qılınan namazın savabından daha çoxdur. Çəkinilməli şey yalnız əqli cəhətdən hikməti və insanın təkamülündə rolu olmayan, dünya və ləzzətpərəstliyin nişanəsi olan artıq zinətlərdir.
“Məkarimul-əxlaq” kitabında da Peyğəmbərin (s) vəsfində belə deyilir: Peyğəmbərin (s) adətlərindən biri aynaya baxmaq və saç-saqqalını daramaq idi. Bu işi çox vaxt suyun qarşısında durmaqla edərdi. Əhli-əyalından əlavə, dost-tanışının da görüşünə gedəndə özünə yaraşıq verər və buyurardı: “Allah sevir ki, bəndəsi müsəlman qardaşlarının görüşünə gedəndə evdən çıxmazdan əvvəl özünə yaraşıq verib, üst-başına əl gəzdirsin.” (“Əl-Mizan” təfsiri, c. 6, səh. 330)
 
3. Zahidlərin üçüncü xüsusiyyət budur ki, əbədi qalacaq şeyi fani şeydən üstün tutsun.
Əgər zahid seçim qarşısında qalarsa, dünyanın keçici və fani ləzzətlərinə göz yumub, müdrikcəsinə cənnətin əbədi nemətlərinə üstünlük verir. Həmçinin tutduğu yolun çətinliklərinə dözməyi dünyanınn keçici rahatlıqlarından daha üstün hesab edir. Çünki onun iti gözləri dünyanın gələcəyinə və aqibətinə dikilmişdir. Hərəkət zamanı nəzərində tutduğu yalnız son mənzildir və dünyanın ancaq keçid üçün körpü olaraq görür: “Axirət daha yaxşıdır, qalımlıdır.” (Əla surəsi, ayə 17).
4. Zahidlərin dördüncü xüsusiyyəti sabahı öz ömründən bilməyib özünü ölülər sırasında hesab etməsindədir.
İnsan həmişə üzərinə düşnən vəzifəsini yerinə yetirməyə səy göstərməli və heç vaxt fəaliyyətdən kənarda qalmamalıdır. Bildiyimiz kimi öz vəzifə yükünü çəkən insan heç vaxt rahatlıq və gün keçirmək fikrində ola bilməz. Çünki çalışqanlıqla tənbəllik bir yerə sığan şey deyil. Dünya əhli olan adam həmişə rahatlıq və kef vasitələrinin sorağındadır. Çalışmaq vaxtı gələndə rahatlıq ruhiyyəsi ona fəaliyyət göstərməyə qoymur, bir az fikirləşib işlərini sabaha saxlayır. Heç vaxt rahatlığına, asayişinə xələl gəlməsini istəmir. İnsanın bu günün işlərini sabaha saxlaması ona görədir ki, insan özü üçün uzun-uzadı arzular qurub düzəldir və ümir edir ki, nə vaxtsa bu arzulara yetişəcək. Buna görə də ümidlə bu günkü vəzifəsini təxirə salıb sabaha saxlayır. Təbiidir ki, belə uzun-uzadı arzulara qovuşmağın özü də uzun ömür tələb edir. Bu cəhətə görə də dünyapərəst özünə həmişə uzun ömür istəyir və və bu arzu ya onun bu günkü vəzifəsinin təxirə salınmasına səbəb olur, ya da nakamlığın qorxusundan onun iztirabına və düşkünlüyünə gətirib çıxarır.
Zahid insan bu gün öhdəsinə düşən vəzifəsini yerinə yetirir, dünyapərəst insanın əksinə olaraq sabahı öz ömründən hesab etmir. Bunun üçün də bu günün işini sabaha saxlamır. Çünki sabaha diri çıxacağına gümanı yoxdur. O, sabaha çıxacağına ümidvar olsa belə, inanır ki, o günün də öz vəzifəsi var.
 
Fərhad Mirzə.
İlahiyyatçı.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.